Misli premyer-liqasının 5-ci turunda “Şamaxı” “Sumqayıt”ın qonağı olub. “SOCAR Polymer Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Matçdan sonra “şirlər”in bu mövsüm heyətinə qatdığı Ayman Bouali suallarımızı cavabladı.
- Oyunla bağlı düşüncələrindən başlayaq…
- İlk hissədə bir qol buraxdıq. Paltardəyişmə otağına yollandığımız zaman hesabda geridönüş etməyi düşünürdük. Bəli, bunu etdik, lakin 1 xalla kifayətlənməli olduk. Yenə də heç nədənsə 1 xal yaxşıdı.
- Baş məşqçi və futbolçular ilə necə anlaşırsan?
- Hər şey yaxşıdı. Biz bir ailə kimiyik. Şamaxı şəhəri də gözəldi. Mən burda olmaqdan xoşbəxtəm.
- Süni işıqlandırmanın olmaması səbəbindən “Şamaxı” bu mövsüm ev oyunu keçirməyib. Doğma meydanda azarkeşlərin qarşısında oynamaq istəyirsən?
- Bəli, Şamaxıda oynamağı çox istəyirəm. Azarkeşlərin qarşısında oynamaq, hər gün həmin stadionda məşq etmək bizi daha güclü edər.
İSRAYIL XEYRULLAYEV
“Şamaxıda oynamağı çox istəyirəm” - Ayman Bouali
Ölkə futbolu





