Rəşad Sadıqov Şamaxıda - FOTO

29.09.2024 17:16 162
Ölkə futbolu
"Şamaxı" Misli premyer-liqasının 8-ci turunda doğma meydanda "Turan Tovuz"u qəbul edir.

“Football-plus.az” xəbər verir ki, matçı izləyənlər arasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da var. 42 yaşlı mütəxəssis köməkçisi Eltun Yaqublu ilə birlikdə qarşılaşmanı Şamaxı şəhər stadionunda izləyir.

Qeyd edək ki, "Zirə" premyer-liqanın 9-cu turunda "Turan Tovuz"un qonağı olacaq.

Rəşad Sadıqov Şamaxıda