"Şamaxı" yoxlama oyunu keçirdi

25.08.2025 19:19 20
Ölkə futbolu
"Şamaxı" bu gün yoxlama matçı keçirib.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 1-ci liqa təmsilçisi "Şəfa" ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. "Şamaxı"nın qolunu Abdullahi Şuaybu vurub.

Xatırladaq ki, "Şamaxı" Misli premyer-liqasının 3-cü turunda "Sumqayıt"ın qonağı olacaq. Avqustun 29-da keçiriləcək görüş saat 18.30-da başlayacaq.