Misli premyer-liqasının 5-ci turunda “Qarabağ” “Zirə”nin qonağı olub.
1:1 hesabı ilə bitən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
- Maraqlı oyun oldu. Sona qədər mübarizə apardıq. Hər iki komanda bir xalı haqq edirdi. Komandam oyundan-oyuna inamlı çıxış edir. Bəzi epizodlarda artıq irəliləyiş var. Qarşıdaki günlərdə növbəti matçlara hazırlaşacağıq. Hər iki komandanın azarkeşkərinə təşəkkür edirəm.
- Bu gün debüt oyununa çıxan oyunçuları necə dəyərləndirirsiz?
- Normal. Hələ öz optimal çıxışlarından uzaqdılar. Onların atmosferi hiss etməsi üçün şərait yaradırıq. Yavaş-yavaş uyğunlaşacaqlar. Milli fasilədən sonra bunun üçün kifayət qədər imkanımız olacaq.
- Abbas Hüseynovun adı dünən əvəzedici heyətdə olub. Onun Elvin Cəfərquliyev kimi sonradan əsas heyətə dönmə ehtimalı var?
- Yox, ona hər şey bildilirib. Danışılası bir şey yoxdu.
İSRAYIL XEYRULLAYEV
“Hər iki komanda bir xalı haqq edirdi” - Qurban Qurbanov
Ölkə futbolu / Manşet





