"Standart vəziyyətdən iki qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdi" - Qurban Qurbanov

6.09.2026 23:26 56
Ölkə futbolu / Manşet
"Qarabağ" Misli premyer-liqasının 4-cü turunda "Araz-Naxçıvan"ı məğlub etdi - 3:2.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə bizə sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm.

- 2 qol buraxmaq müdafiədə narahatlığa əsas verirmi?
- Deməzdim. İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə, bu təhlükəlidi. Bir oyunda standart vəziyyətdən iki qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdi. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq.

- Koxalskinin gedişi barədə düşüncələriniz necədi?
- Hələ ki, rəsmi gediş yoxdu. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Bu barədə maraqlanaram.