''Hall Siti'' İngiltərə çempionatında bunu bacaran cəmi 3-cü debütant oldu

6.09.2026 18:32 2
Dünya futbolu
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' mövsümün əvvəlində nəticələri ilə diqqət çəkməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, ilk iki turda qol buraxmayan və maksimum nəticə toplayan premyer-liqanın debütantı 3-cü turda öz meydanında ''Aston Villa'' ilə qarşılaşdı. Qol buraxmayan və qol vurmayan komandaların dueli o qədər də maraqlı keçmədi. Fanatlar sona qədər də qol görmədilər. ''Hall Siti''nin qələbə seriyası qırılsa da, komandanın qol buraxmamaq seriyası davam edir. ''Pələnglər'' 3 turdan sonra qol buraxmayan yeganə kolleltivdi.

''Hall Siti'' İngiltərə çempionatı tarixində ilk 3 turda qapısını toxunulmaz saxlayan cəmi 3-cü debütantdı.

Daha öncə elitaya yeni yüksələn klublardan bunu 1998/99-da ''Çarlton'' və 2017/18-də ''Haddersfild'' bacarmışdı. Avropa Liqasının son qalibi statusunda olan ''Aston Villa'' isə 3-cü turda da qola həsrət qaldı. Maraqlıdı ki, bu komanda ötən mövsüm də ilk 3 turda qol vura bilməmiş və sonda 4-cü pilləni tutaraq ÇL-ə vəsiqə qazanmışdı.

Bu, turnirin tarixində bir komandanın ardıcıl iki mövsümün ilk 3 turunda qola həsrət qaldığı cəmi ikinci haldı. İlk belə uğursuzluğu 1969/70 və 1970/71 mövsümlərində ''İpsviç'' yaşamışdı.