Yığmadakı çıxışını müvəqqəti dayandırdı

12.09.2026 23:54 0
Dünya futbolu
Tibo Kurtua, belə desək, Belçika yığmasındakı çıxışını müvəqqəti dayandırıb. O, bu qərarını özü açıqlayıb.

“Real”ın təcrübəli qapıçısı milli komandanın heyətində Millətlər Liqasında çıxış etməyəcəyini açıqlayıb. 34 yaşlı futbolçu bu qərarını niyə qəbul ediyinə belə aydınlıq gətirib:

“Millətlər Liqasında oynamamaq qərarına gəlmişəm. Yalnız milli komandanın baş məşqçisinin zədələrlə bağlı problemləri yaranarsa, istisna olaraq məni çağıra bilərlər. Bu, həmçinin mümkün “dördlər finalında” da oynamayacağım deməkdi. Mən Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazır olacam. Bu, baş məşqçi Van Bommel üçün uyğundu, lakin o, mənə əsas heyətdə yerimi təmin edə bilməyəcəyini deyib. Millətlər Liqasında çıxış edən qapıçı özünü yaxşı göstərsə, Van Bommel onu oynatmağa davam edə bilər. Lakin mən yığmadakı yerim uğrunda mübarizə aparmaq istəyirəm. Yenidən əsas qapıçı ola biləcəyimi sübut etməyə hazır olacam”.

Qeyd edək ki, Belçika Millətlər Liqasının qrup mərhələsində İtaliya, Fransa və Türkiyə yığmaları ilə qarşılaşacaq.