“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisində çıxışını davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, Xorvatiya Futbol İttifaqı milli komandanın kapitanının qarşıdakı Millətlər Liqası oyunları üçün heyətə daxil ediləcəyini açıqlayıb. Xorvatiya Çexiya, İspaniya və İngiltərə ilə qarşılaşacaq. Modriç baş məşqçi Slaven Biliçə və federasiyanın prezidenti Marian Kustiçə beynəlxalq karyerasını davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Modriç Xorvatiya yığmasında 202 oyun keçirib. O, komandanın tarixində ən çox matçda iştirak edən futbolçudu.
Yığmadakı çıxşını davam etdirəcək
Dünya futbolu



