Tanınmış futbolçu B seriyasında oynayacaq

10.09.2026 14:35 0
Dünya futbolu
Andrea Belottinin yeni klubu məlum olub.

İtaliya yığmasının sabiq oyunçusu B seriyasında çıxış edən “Modena” ilə anlaşıb. Eyniadlı klubun mətbuat xidmətinin məlumatına görə, 32 yaşlı hücumçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Ötən mövsümü “Kalyari”də keçirən Andrea bu komanda ilə 8 matçda iştirak edib. Sentyabr ayında dizinin çarpaz bağları qırılan futbolçu mövsümün qalan hissəsini buraxmalı olub.

Qeyd edək ki, 2016-22-ci illərdə İtaliya yığmasında 44 oyun keçirən və 12 qol vuran Belotti 2021-ci ildə Avropa çempionu olub.