Stefan Əl-Şaaravinin yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, “Roma”dan ayrılandan sonra azad agent statusu qazanan italiyalı vinger “Cenoa” ilə anlaşıb. Genuya klubunun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Stefan “Roma”da 2021-ci ilin yanvarından çıxış edirdi. İtaliya yığmasının sabiq oyunçusu ötən mövsüm komandada keçirdiyi 28 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Romadan Genuyaya yollandı
Dünya futbolu






