Avropa çempionu B seriyasında oynayacaq

25.08.2024 16:18 316
Dünya futbolu
Salvatore Siriqunun yeni klubu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, İtaliya yığması ilə 2021-ci ildə Avropa çempionu olan qapıçı “Palermo”ya qoşulub. Bu barədə B seriyasında çıxış edən klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperlə müddəti 2025-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.

Siriqu “Fatih Karagümrük”dən ayrıldıqdan sonra azad agent kimi “Palermo”ya keçib. O, PSJ ilə 4 dəfə Fransa, “Napoli” ilə bir dəfə İtaliya çempionu olub.