UEFA-dan “Qarabağ”a şərt - bu məsələ həll olunmalıdı!

10.09.2026 10:52 0
Ölkə futbolu / Manşet
Bu mövsüm uğursuzluq yaşayaraq avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməyən “Qarabağ”ın bir neçə mövsümdü cərimə ödədiyindən xəbərdarsız.

Belə ki, “köhlən atlar” qadın komandası olmadığından hər il cərimələnir. Bu səbəbdən Ağdam təmsilçisi qadınlardan ibarət heyət formalaşdırmaq niyyətindədi. Bəs bu yöndə addım atılıb?

“Football-plus.az” məsələ ilə bağlı yenilikləri öyrənmək üçün klubun mətbuat katibi Anar Həsənova müraciət edib:

“Bu ildən etibarən qızlardan ibarət U-12 komandamız yaradılıb və artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi komandamız oktyabrdan etibarən U-12 Qızlar liqasında mübarizəyə başlayacaq. “Qarabağ”da Vüqar Həsənov Qadın Futbolu departamentinin rəhbəri təyin olunub”.

İSRAYIL XEYRULLAYEV