100 oyuna 115 məhsuldar hərəkət!

26.10.2023 19:54 234
Dünya futbolu
Erlinq Holann məhsuldar çıxışını davam etdirir.

“Football-plus.az” xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Çempionlar Liqasının “Yanq Boyz” ilə oyununda dubl etməklə komandasının 3:1 hesablı qələbəsində böyük rol oynayıb. O, meydana çıxdığı son 100 oyunda 115 məhsuldar hərəkətlə yadda qalıb. Holann bu matçlarda 96 qolun və 19 məhsuldar ötürmənin müəllifi olub.

Erlinq “Mançester Siti”yə 2022-ci ilin yayında “Borussiya”dan (Dortmund) keçib. Norveçli forvard debüt mövsümündə premyer-liqanın, İngiltərə kubokunun və Çempionlar Liqasının qalibi olub.