Mikel Arteta “Arsenal”ı çempionluğa daşıya bilməsə də, rəhbərlik onun fəaliyyətindən razıdı.
Klub baş məşqçi ilə müqaviləni yeniləyəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. O, tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunduğunu bildirib. Romano nun hazırkı maaşından daha çox qazanacağı da deyib.
İspaniyalı mütəxsiis komandanı 2019-cu ildən çalışdırır. “Arsenal” son iki mövsümdə premyer-liqada 2-ci yeri tutub.