Arteta “Arsenal”ı “Barselona”ya dəyişəcək?

31.01.2024 10:31 177
Dünya futbolu
Mikel Arteta “Arsenal”ı mövsümün sonunda “Barselona”ya dəyişəcəyi haqda iddiaya reaksiya verib.

Qeyd edək ki, kataloniyalıların baş məşqçisi Xavi Ernandes bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Arteta isə haqqında gəzən xəbəri təkzib edib:

“Bu xəbərlərin hamısı yalandı. Yayılan şayiələrə görə təəssüflənirəm. Hazırda “Arsenal”a köklənmişəm. Burda görəcəyimiz çox iş var”.