98,9 faiz – “Qarabağ”ın pley-offda oynamaq şansı bu qədərdi!

22.01.2026 12:57 75
Avrokuboklar / Aktual
“Qarabağ”ın oyunu, taleyi nəinki Azərbaycanda və postsovet məkanında, Avropanın hər yerində müzakirə olunur. Son turda “Liverpul”a mümkün məğlubiyyət belə ağdamlılar üçün əngəl deyil. Müxtəlif statistika portalları Azərbaycan çempionunun pley-offa adlamaq şansını 90 faizdən yüksək dəyərləndirir.

Dünyada statistik analitika ilə məşğul olan “Opta” superkompüteri də bu yöndə proqnozunu irəli sürüb. “Opta”nın superkompüteri “Qarabağ”ın pley-offda oynamaq şansını 98,9 faizlə dəyərləndirir. Halbuki liqa mərhələsinin startından əvvəl Ağdam təmsilçisi autsayderlər sırasında idi – cəmi 12,5 faiz.