Sergey Yakiroviç rəhbərliyin yeni təklifini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi “Hall Siti” ilə yeni müqavilə imzalayıb. İngiltərə klubunun rəsmi saytının yaydığı məlumata görə, 49 yaşlı bosniyalı mütəxəssislə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzadılma bəndi də yer alıb.
Yakiroviç 2025/26 mövsümünün əvvəlində “Hall Siti”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında çempionşipdə 6-cı yeri tutub və pley-off mərhələsində qalib gələrək premyer-liqaya çıxıb.
Klubu ilə müqaviləsini yenilədi
Dünya futbolu






