2025/26 mövsümündə A seriyasının ən yaxşı məşqçisi müəyyənləşib. Bu nominasiyanın qalibi “Komo”nu çalışdıran Fransesk Fabreqas olub.
"Football-plus.az" xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis fərdi mükafata İtaliya Futbolçular Assosiasiyasının (İFA) versiyasına əsasən layiq görülüb. Laureatlar futbolçular arasında keçirilən səsvermə ilə müəyyənləşib. Mükafatlandırma mərasimi Milandakı məşhur “La Skala” teatrının səhnəsində baş tutub.
Fabreqas “Komo”ya 2024-cü ildən başçılıq edir. Komanda İtaliya çempionatında ötən mövsüm 71 xal toplayaraq 4-cü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Maraq üçün “Komo”nun iki il əvvəl B seriyasında çıxış etdiyini də xatırladaq.
İFA Fabreqasa üstünlük verdi
Dünya futbolu




