Ayın ən yaxşı məşqçisi seçildi

11.05.2025 23:56 7
Dünya futbolu
A seriyasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Komo”nu çalışdıran Fransesk Fabreqas olub.

Bu haqda turnirin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı ispaniyalı mütəxəssisin komandası apreldə keçirdiyi 4 oyunun hamısında qalib gəlib.

“Komo” İtaliya çempionatında 35 turdan sonra 45 xalla 10-cu yeri tutur.