“Qarabağ”ın “itkin düşən” futbolçusu var - bu mövsüm matça çıxmayıb

7.09.2026 10:52 77
Ölkə futbolu / Manşet
Bu mövsüm heyətini yeniləmiş “Qarabağ”da bir futbolçu “itkin düşüb”. Söhbət mövsümün əvvəlindən indiyədək nə bir matçda meydana çıxan, nə də komandanın oyunlar üçün açıqlanan heyətində yer alan Ceremi Qnalidən gedir. Futbolçu ilə bağlı nə qədər məlumat axtarsaq da, hazırkı vəziyyəti barədə hər hansı məlumat əldə edə bilmədik.

Bəs fransalı futbolçu hazırda hardadı? “Qarabağ”la məşqlərə davam edir? Futbolçunun heyətdə yer almamasının səbəbi nədi?

Bu suallara aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat katibi Anar Həsənovla əlaqə saxladıq:

“Hansısa futbolçunun gedişi ilə bağlı qərar qəbul edilən zaman rəsmi social hesablarınız və saytımız vasitəsi ilə ictimaiyyətə məlumat verilir. Qnali hazırda komandadı və məşqlərini davam etdirir. Hansısa futbolçunun oyunlarda iştirakı isə baş məşqçinin qərarından aslıdı”.

İSRAYIL XEYRULLAYEV