Görəsən, Ağdam təmsilçisinin növbəti transfer hədəfi kimdi? Bəs hansısa futbolçular “köhlən atlar”dan ayrılacaqmı? Və ya icarəyə veriləcəklərmi? Bu suallara aydınlıq gətirmək üçün klubun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:
“Hazırda rəsmi danışıq apardığımız klub və ya futbolçu yoxdu. Klubdan ayrılacaq və ya icarəyə veriləcək oyunçular üçün də eyni vəziyyət keçərlidi. Belə hal olarsa, ictimaiyyətə məlumat veriləcək”.
KAMAL SƏFƏR



