"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Zaur İsmayılov oyunsonrası mətbuat konfransında bunları dedi:
"Rəqibi təbrik edirəm. Maraqlı və gərgin oyun keçdi. Erkən qol buraxdıq, ikinci hissədə fərqi minimuma endirsək də, bərabərlik qolunu vura bilmədik. "Neftçi" ilə matçda da 2 qol buraxdıq və sonra toparlana bilmədik. Çempionatda ilk qollarımızı vurduq. Bu amil də sevindiricidi. "Qarabağ"a qarşı belə oyunumuz növbəti matçlar üçün motivasiyadı".






