“İkinci hissədə yorğunluq hiss olundu” - Füzuli Məmmədov

29.11.2025 19:57 17
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 13-cü turunda “Karvan-Yevlax” “Qarabağ”a məğlub oldu - 2:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Yevlax təmsilçisinin məşqçisi Füzuli Məmmədov media önünə çıxıb.

⁃ İlk hissədə yaxşı oyun sərgilədik. İkinci hissədə yorğunluq hiss olundu. Əvəzetmələr oldu, üzərimizə güc düşdü. Məğlub olmamağa çalışırdıq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm.

⁃ Hələ də baş məşqçi kimi qeyd edilməmisiz. Bu sizə hörmətsizlik deyil?
⁃ Yaxın zamanlarda həllini tapacaq.

⁃ Komandanı yaxşı vəziyyətə gətirmək üçün nə qədər vaxt lazımdı?
⁃ Yaxşı futbolçularımız var. Fiziki durumlarını yaxşılaşdırmağa çalışacağıq.

⁃ Elitada son matçınız da “Qarabağ”a qarşı olmuşdu. 5 il ərzində “Qarabağ”da və çempionatda nə dəyişib?
⁃ “Qarabağ” həmişə yaxşı komandadı. Onlara ÇL-də uğurlar arzu edirəm. Fərq böyükdü. “Qarabağ” böyüyür. Çempionatda da sürət artıb.

MÜZƏFFƏR QULUZADƏ