"Sabah" millimizin qapıçısını transfer etdi

6.09.2026 18:35 21
Ölkə futbolu
Nərgiz Əliyeva yeni mövsümdə “Sabah”ın heyətində çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı qapıçı Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünü əhatə edən müqavilə imzalayıb.

Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb.

Nərgiz ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda keçirib.

Qapıçı Millətlər Liqasında keçirdiyi 5 oyunda 6 qol buraxıb. O, 2022-ci ildən milliyə dəvət alır.