Yığmamızın futbolçusu Türkiyədə klubunu dəyişdi - RƏSMİ

8.12.2025 11:00 21
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimizin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı qapıçı superliqa təmsilçisi "Sanayispor"la anlaşıb. Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Nərgiz son mövsümü superliqanın digər təmsilçisi "Fatih Vətən"də keçirib.