Mussa Diabi Leverkuzenə qayıdıb. O, yenidən “Bayer-04”ün formasını geyəcək.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubuna qayıdan 27 yaşlı vinger müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb. Mussa köhnə-yeni komandasında “19” nömrəli forma ilə çıxış edəcək.
Diabi “Bayer-04”də 2019-23-cü illərdə oynayıb. Sonra “Aston Villa”ya keçən futbolçu son iki mövsümü “Əl-İttihad”da keçirib. Fransalı futbolçu Səudiyyə Ərəbistanı klubunun heyətində 73 oyuna çıxıb, 11 qol vurub və 33 məhsuldar ötürmə edib. Məlumata görə, “Əl-İttihad” Diabinin transferindən 30 milyon avro qazanıb.
Leverkuzenə qayıtdı
Dünya futbolu






