Parisdən Leverkuzenə yollandı

30.08.2024 18:26 265
Dünya futbolu
“Bayer-04” heyətinə yeni oyunçu cəlb edib.

Almaniya klubu PSJ-nin müdafiəçisi Nordi Mukieleni transfer edib. Fransalı futbolçu 2024/25 mövsümünün sonuna qədər icarə əsasında leverkuzenlilərin formasını geyəcək.

Nordi PSJ-yə 2022-ci ilin yayında “Leyptsiq”dən təxminən 20 milyon avroya keçib. O, Paris klubunun heyətində 45 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.