“Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabo Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqavilə bağlayıb.
“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri Birmingem klubunun mətbuat xidməti yayıb. Bir neçə gün əvvəl fransalının Səudiyyə Ərəbistanı klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı bəlli olmuşdu. Onun müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Tranfer ərəblərə 60 milyon avroya başa gəlib.
Xatırladaq ki, Diabi “Aston Villa”ya 2023-cü ildə “Bayer-04”dən keçib. O, həminin PSJ və “Krotone” forması da geyib.