Londondan Dortmunda üz tutdu

28.08.2025 15:53 16
Dünya futbolu
Aaron Anselmino “Çelsi”dən ayrılıb.

Onu “Borussiya” transfer edib. Dortmund klubunun mətbuat xidmətinin məlumatına görə, argentinalı mərkəz müdafiəçisi icarəyə götürülüb. 20 yaşlı futbolçu mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

“Çelsi” Aaronu ötən ilin yayında “Boka Xuniors”dan transfer edib. Gənc oyunçu “zadəganlar”ın heyətində 20 oyunda meydana çıxıb.