Bu müddət tamam olmadan bir əcnəbi oyunçu almaq istəyən ''Beşiktaş''da Milot Raşitsa ilə bağlı yeni bir xəbər var. Rəhbərliyin müqaviləsinin son ilinə qədəm qoyan 30 yaşlı futbolçu ilə yolları ayırmaq istədiyi və hazırda vəziyyətdən çıxış yolu axtarıldığı məlum olub. Bunu kosovolu futbolçunun meneceri Altin Lala açıqlayıb:
''Transfer dönəminin bitməsinə çox az bir müddət qalmış rəhbərlikdən bizə müqavilənin qarşılıqlı şəkildə ləğvi ilə bağlı təklif gəldi. ''Pəncərənin'' bağlanmasına qısa müddət qaldığı üçün bu problemi sürətli şəkildə həll etmək mümkün deyil. Biz daha öncə rəhbərliyə illik maaşın heç olmasa 50 faizinin ödənilməsi şərti ilə müqavilənin ləğvini təklif etmişdik. Ancaq onlar başqa şərtlər təklif etdilər. Heç 20 faizi də ödəmək istəmədilər. Bununla belə danışıqlar davam edir və hələ də bir çıxış yolu tapmağa çalışırıq''.
Türkiyədə 2022/23-ü ''Qalatasaray''da keçirən və çempionluq sevinci yaşayan təcrübəli vinger ''Beşiktaş''da 4-cü mövsümünü keçirir. ''Ağ-qaralar''da ölkə kuboku və superkuboku olmaqla iki titul qazanan Raşitsa 121 rəsmi oyunda 12 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib.





