''Qalatasaray'' transferləri ilə Türkiyəni lərzəyə gətirdi

8.09.2022 19:40 404
Dünya futbolu
''Qalatasaray'' Türkiyədə transfer dönəminin bağlanmasına bir gün qalmış öz transferləri ilə hamını heyrətləndirdi.

Mauro İkardi və Yusuf Dəmiri İstanbula gətirən ''Cim-Bom'' daha iki transferi açıqladı. İstanbul nəhəngi Milot Raşitsa və Xuan Matanı da heyətinə qatdı. Kosovalı Raşitsa yerli vaxtla səhər saat 5-də İstanbula ayaq basdı. Mata isə bu gün gələcək. Raşitsa ''Norviç''in üzvüdü və bu kluba ötən yay ''Verder''dən 11 milyon avroya gəlib. ''Norviç''lə 2025-ə qədər müqaviləsi olan 26 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümü İstanbulda icarə əsasında keçirəcək. Daha öncə ''Valensiya'', ''Çelsi'', ''Mançester Yunayted''də forma geyən, İspaniya yığması ilə dünya və Avropa çempionu olan 34 yaşlı Mata isə illik 1,8 milyon avro qazanacaq. Müqavilənin digər detalları hələ ki, bəlli deyil. Onu da vurğulayaq ki, son transferlərin ardından faktiki olaraq heyətə düşmək şansı qalmayan Əmrə Kılınc və Taylan Antalyalı icarə əsasında ''Ankaragücü''yə yollanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul