Almaniyadan Belçikaya yollandı

3.09.2026 11:33 3
Dünya futbolu
Visdom Mayk “Bavariya”dan ayrılaraq Belçikaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Brügge”yə keçib. Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. Mayk 2022-ci ilin yayında “Borussiya”nın (Münxenqladbax) akademiyasından “Bavariya”ya transfer olunud.

O, 2025/26 mövsümündə bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyunda meydana çıxıb. Yeniyetmə futbolçu bu matçlarda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.