Roman Yaremçuk “Benfika”nı tərk edib.
Portuqaliya klubu onu 16 milyon avroya “Brügge”yə satıb. Ukraynalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Yaremçuk “Benfika”ya 2021-ci ilin yayında 17 milyon avroya “Gent”dən transfer olunmuşdu. Lissabonluların heyətində 48 oyun keçirən hücumçu 9 qol vurub və 7 məhsuldar ötürmə edib.