Rafael Gerreyru yayda klubunu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın müdafiəçisi mövsümün sonunda Münhen klubunu tərk edəcək. Portuqaliyalı futbolçu 2025/26 mövsümü sona çatdıqdan sonra azad agent statusu ilə komandadan ayrılacaq. Futbolçu və klub rəhbərliyi müqavilənin müddətinin uzadılmaması barədə qarşılıqlı razılığa gəliblər.
Rafael “Bavariya”ya 2023-cü ilin yayında Dortmund “Borussiya”sından transfer olunub. Münhen klubunun heyətində 89 matça çıxan futbolçu 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.