Münhendə iki yeni müqavilə

11.08.2025 14:27 6
Dünya futbolu
Lennart Karl və Visdom Mayk “Bavariya” ilə yeni müqavilə imzalayıblar.

Münhen klubunn mətbuat xidmətinin məlumatında yarımmüdafiəçilərlə müqavilələrin şərtləri açıqlanmayıb. Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçuları “Bavariya”da 2022-ci ildən çıxış edirlər.

Karl “Bavariya”da debütünü bu yay keçirilən Klublararası Dünya Çempionatında “Oklend Siti” ilə matçda (10:0) edib.