Portuqaliyalı yarımmüdafiəçi Joao Palyinya “Bavariya”dan “Benfika”ya transfer olunub.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubların mətbuat xidmətləri məlumat yayıb. Lissabon klubu 31 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə bağlayıb. Transferin 14 milyon avroya başa gəldiyi, müqavilədə daha 5 milyon avro bonusun nəzərdə tutulduğu bildirilir.
Palyinya “Bavariya”ya 2024-cü ildə 51 milyon avroya keçmişdi. O, ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib. Joao “Benfika”nın prinsipial rəqibi olan “Sportinq”in yetirməsidi.
“Bavariya”nı tərk etdi
Dünya futbolu






