Prosineçki işsiz qaldı - qırğızlarla da bacarmadı...

3.09.2026 16:29 24
Dünya futbolu
Robert Prosineçki Qırğızıstan yığmasındakı işini itirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı mütəxəssis yığmanı ötən ilin dekabrından çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 4 oyunun ikisində heç-heçə edib, ikisində uduzub. Bu matçların hamısı yoldaşlıq oyunu olub.

Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.