Çempionlar Liqasının 2026/27 mövsümündə istifadə olunacaq yeni top təqdim edilib.
"Football-plus.az" xəbər verir ki, UEFA mətbuat xidməti sosial şəbəkədə yeni topun təqdimatını keçirib. Bu top turnirin pley-off mərhələsinin, həmçinin əsas mərhələnin oyunlarında istifadə olunacaq.
Yeri gəlmişkən, Çempionlar Liqasının sonuncu qalibi PSJ-di. Paris klubu 2025/26 mövsümünün finalında “Arsenal”a əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan matçda penalti seriyasında (4:3) qalib gəlib. Növbəti mövsümün finalı isə 2027-ci il iyunun 5-də İspaniyanın Madrid şəhərindəki “Metropolitano” stadionunda keçiriləcək.
Çempionlar Liqasında yeni topla oynanıldı
Dünya futbolu






