"Sabah" "Partizan"la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

6.08.2023 11:51 455
Manşet / Konfrans Liqası
“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Football-plus.az" xəbər verir rki, siyahıda 25 futbolçu yer alıb:

Qapıçılar - 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev;

Müdafiəçilər - 2. Amin Seydiyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 22. Seymur Məmmədov, 44. Sofian Çakla, 24. Maruan Hadudi;

Yarımmüdafiəçilər - 4. Elvin Camalov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 11. Kristian Sebalyos, 12. Vinsent Till, 15. Kristian Da Silva Fil, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev;

Hücumçular - 18. Davit Volkov, 18. Emmanuel Apeh, 20. Coy-Lens Mikels, 27. Jarl Marqarita, 77. Namik Ələskərov.

Qeyd edək ki, “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda baş tutacaq.