“Real”ın yetirməsi Xakobo Orteqa “Strasburq”a transfer edilib.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı ispaniyalı hücumçu Fransa klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Marca”nın məlumatına görə, Madrid klubu bu transferdən 10 milyon avro qazanacaq. Bundan başqa, “Real” futbolçunun gələcək satışından 30 faiz pay da əldə edəcək.
Bu, “Real”ın əsas komandasında heç bir oyun keçirməyən yetirməsi üçün rekord satış məbləğidi.
Orteqa 12 yaşından “Real”ın akademiyasında çıxış edib. O, ötən mövsüm klubla UEFA Gənclər Liqasının qalibi olub.
Yetirməsi “Real”ı rekord məğbləğdə irəli saldı
Dünya futbolu






