Jül Kundenin transfer qiyməti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona” müdafiəçi üçün satış qiymətini müəyyənləşdirib. İspaniya klubu Kundeyə 80 milyon avro təyin edib. “Çelsi” rəhbərliyi 27 yaşlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir. London klubu Malo Qüsto “Mançester Siti”yə keçəcəyi halda, onu Kunde ilə əvəzləməyi planlaşdırır.
Jül ötən mövsüm La Liqada 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, “Barselona”da 2022-ci ildən çıxış edir. Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi.
“Barselona” bir qol vuran futbolçusuna elə qiymət qoydu ki...
Dünya futbolu






