"Şamaxı"dan ayrılan Alfonso Msanqanın yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi karyerasını Əlcəzairdə davam etdirəcək.
O, 14 dəfə ölkə çempionu olmuş “Kabilie” ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ötən mövsüm "Şamaxı"da çıxış edən 26 yaşlı futbolçu 32 oyunda 3 qol vurub. O, bu ilin iyun ayında Azərbaycan klubundan ayrılıb.
Msanqanın yeni klubu açıqlandı
Dünya futbolu






