''Qalatasaray'' transfer dönəminin sonlarını fəal keçirir. Viktor Osimhenin ardından ikinci hücumçu mövqeyini yerli futbolçu ilə gücləndirmək istəyən İstanbul nəhəngi bu hədəfə Dəniz Gül ilə çatıb.
Dünən Türkiyəyə gələn və transferi rəsmən açıqlanan 22 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. Onun illik maaşı 1,5 milyon avro təşkil edəcək. Bu transfer ''Cim-Bom''a 10 milyon avroya başa gəlib.
Bundan başqa Dəniz Gülün sonrakı satışından əldə olunacaq məbləğin 10 faizi onun əvvəlki klubuna, yəni ''Portu''ya çatacaq. Atası türk, anası isveçli olan 2004 təvəllüdlü hücumçu ''Hammarbü''də diqqət çəkdikdən sonra 2024-də 4,5 milyon avroya ''Portu''ya transfer olunmuşdu.
Portuqaliya nəhəngində iki mövsüm ərzində əsas heyət üzvünə çevrilə bilməsə də, 71 rəsmi qarşılaşmada iştirak edərək aktivinə 9 qol yazdı. 190 sm boya malik olan və son mundialda iştirak edən Dəniz Gül Türkiyə yığmasında isə indiyə qədər 7 oyuna 1 qol vurub.
''Qalatasaray'' Türkiyə yığmasının hücumçusunu transfer etdi
Dünya futbolu






