Belə ki, 43-cü dəqiqədə qazanılan penalti zamanı Orkun zərbəni vurmaq hüququnu Vlahoviçə verdi. 26 yaşlı forvard Türkiyədə qol hesabını açdıqdan sonra ikinci hissədə daha iki dəfə fərqləndi. Orkun Kökçü matçın ardından həm bu epizod haqda danışıb, həm də ''Fənərbaxça''lı Arçi Brauna cavab verib.
Gələn tur bilindiyi kimi mövsümün ilk İstanbul derbisi baş tutacaq və ''Beşiktaş'' ''Fənər''in qonağı olacaq. Braun ''Fənər''in ''Samsunspor''u məğlub etdiyi qarşılaşmanın ardından ''Beşiktaş'' fanatlarına ''Kadıköyə xoş gəldiz, ümid edirəm, hazırsız'' ifadəsini işlətmişdi. Orkun Kökçünü dinləyək:
''Hücumçular hər zaman qol vurmaq istəyir. Bu, Vlahoviçin 3-cü oyunu idi. Qol vurmaq üçün alışıb-yanırdı. Demirəm ki, penaltini vurmaq asandı. Sadəcə həmin an penaltini ona buraxmaq istədim. Qol vuraraq psixoloji cəhətdən rahatlaşmasını istədim. Çünki qarşıda bizi çox mühüm bir oyun gözləyir və o matçda Duşana çox ehtiyacımız olacaq. Penaltidən sonra zatən rahatladı və het-trik etdi. Duşan da xoşbəxtdi, biz də. Braunun sözləri? Biz belə mövzulara girmirik. Diqqəti özümüzə yönəltmişik. Onlar da bu günkü qələbəni izlədilər. Səfərə özümüzə əmin şəkildə yollanacağıq. İnşallah 3 xalla geri dönərik. Daha öncə də bunu bacarmışıq. Onların dediyi sözlərə fikir vermirik. Yalnız özümüzə baxırıq və öz oyunumuza köklənmişik. Güclü olan qazansın''.






