Azarkeşlərin “Kəpəz”dən tələbi nədi?

30.08.2026 12:56 74
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, Gəncə şəhər stadionu təmirdən çıxdığından bəri “Kəpəz” stadionda rəsmi oyuna çıxmayıb. İlk turda Çempionlar Liqasında iştirak edən “Sabah”ın xaişi üzrə ev oyununu Masazırda, “Bank Respublika Arena”da keçirib. İndi isə 3-cü turda “Turan Tovuz”u fasilədən sonra Gəncə şəhər stadionunda qəbul edəcək. Rəqib yetərincə güclü, hətta çempionluğa iddialı “Turan Tovuzdu”. Azarkeşlər “Kəpəz”dən hansı nəticəni gözləyir, ümumiyyətlə, hansı nəticəni məqbul sayır?

“Football-plus.az” olaraq bu suallara cavab tapmaq üçün Gəncə təmsilçisinin fanklubu “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədov ilə əlaqə saxladıq:

“Kəpəz”dən ən azı tribunaları dolduracaq azarkeşlər qədər istəkli olmalarını gözləyirik”.

İSRAYIL XEYRULLAYEV