Misli premyer-liqasının 3-cü turunda "Şəfa"nın qonağı olan "İmişli" qalib gəldi - 1:0.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "İmişli"nin Fərid Namazov matç haqda fikirlərini bildirdi.
- Bilirdik ki, oyun çətin keçəcək. Yaxşı hazırlaşmışdıq. Matçın böyük hissəsində üstünlük bizdə idi. Məni narazı salan yeganə məqam yaratdığımız qol epizodlarından yararlana bilməməyimizdi. Prestij məsələsi mükafat pulundan daha önəmlidi. Əlbəttə, bu baxımdan müəyyən nüanslar var, lakin meydanda pul heç bir rol oynamır. Mükafat məsələləri futbolun ayrılmaz hissəsidi, amma bir daha təkrar edirəm ki, əsas prioritet prestijdi. Reallıq budu ki, böyük büdcəyə malik klublarla daha məhdud büdcəsi olan komandalar arasında həmişə fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasında uğurlu çıxışı münasibətilə təbrik etmək istərdim. Bizim isə məqsəd daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdı.
"Məqsəd daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdı" - Fərid Namazov
Ölkə futbolu / Manşet






