Misli premyer-liqasının 2-ci turunda “Zirə” “İmişli”ni məğlub edib - 3:1.
Matçdan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Fərid Namazov jurnalistlərin suallarını cavablayıb:
- Öncədən “Zirə”nin dominant oyun oynayacağını bilirdik. Həm avrokuboklarda, həm də “Şəfa” ilə oyunda belə oynamışdı. Onların qarşısını alıb, topu verməməyə çalışsaq da, bu, mümkün olmadı. “Zirə”nin analiz etdiyimiz cəhətlərindən qol buraxdıq. İlk hissə tam fərqli idi. 2-ci hissədə çoxlu səhvlərimiz oldu. Elə 3-cü qol da həmin anlarda vuruldu. Ümumi olaraq, futbolçulardan razıyam.
- Həm ötən oyun, həm də bu oyun xal qazanmağa yaxın idiz. Matçda buna nə çətinlik yaratdı?
- Ehtiyat oyunçulara ehtiyac var. 70-ci dəqiqədən sonra əvəzetmə lazımdı. Ehtiyat oyunçular təcrübəsiz ola bilərlər, amma onlara da şans vermək lazımdı. Bir az bu cəhətdən çətinlik oldu. Əvəzetməyə gecikdik. Bəlkə də 60-cı dəqiqədən əvəzetmə etsək, hadisələrin axarı belə olmazdı. Bəzi komandalar daha çox əvəzetmə şansına sahibdi. Bu, onlara üstünlükdü.
İSRAYIL XEYRULLAYEV
“Zirə”nin analiz etdiyimiz cəhətlərindən qol buraxdıq” - Fərid Namazov
Ölkə futbolu / Manşet






