Qərb derbisində “Turan Tovuz”u bu qədər azarkeş dəstəkləyəcək

29.08.2026 16:42 22
Ölkə futbolu / Aktual
Bu gün premyer-liqada 3-cü tura start veriləcək. “Kəpəz” yenilənmiş Gəncə şəhər stadionunda ilk oyununu bazar günü keçirəcək. Rəqib isə “Turan Tovuz”du.

Bu qarşılaşmada “bozqurd”u neçə azarkeşin dəstəkləməsi gözlənilir? Qonaq komandanın azarkeşləri üçün neçə bilet ayrılacaq? Ayrılmış yerləri doldura biləcəklər?

Bu suallara aydınlıq gətirmək üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq.

“Bildiyim qədəri ilə qonaq sektor 900 nəfərlikdi. Qərb derbisinə maraq həmişə böyük olub. Bu oyuna da Tovuzda maraq yüksəkdi, hər kəs səbrsizliklə gözləyir. İnşallah, komandamız dəstəksiz qalmayacaq”.

İSRAYIL XEYRULLAYEV