“Qarabağ” daha yüksək liqalarda oynamağa layiqdi” – Con van den Brom

26.08.2026 17:50 9
Avrokuboklar / Manşet
“Qarabağ” sabah Konfrans Liqasının pley-offunun cavab görüşündə “Tvente”ni qəbul edəcək.

Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Uçuşunuz necə keçdi? Özünüzü necə hiss edirsiz?
– Bir gün öncədən gəlmək komandaya yaxşı təsir edir. Bu şəkildə oyuna daha rahat hazırlaşmışıq. Bu müddət ərzində əvvəlki oyunumuzu təhlil etmişik. Daha çox hücum etməliyik. “Qarabağ”a qarşı oynamaq heç də asan deyil. Hazırda hesabda geridəyik.

– “Tvente”də zədəli futbolçularla bağlı vəziyyət necədi?
– Bütün futbolçularımı hazır görürəm. Problem yaranmasa, iştirak edəcəklər.

– Hlinsson, Lemkin və Lammersin zədəsi ilə bağlı son durum necədi?
– Çox güman, bu matçda iştirak etməyəcəklər.

– Bu itkilər oyuna necə təsir edə bilər?
– Çətinliyimiz olacaq. Biz də bu çətinliyə hazırlaşırıq.

– Ötən matçla bağlı fikirləriniz necədi?
– Ev sahibi olsaq da, qələbə qazana bilmədik. Bu dəfə əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu, Avropadakı son şansımızdı. Zədəli futbolçularımızın olmasının oyuna təsir etməyəcəyinə ümid edirik.

– “Qarabağ”ın heyətində xüsusilə ehtiyatlandığınız futbolçu varmı?
– Çəkindiyim konkret bir futbolçunun olduğunu deyə bilmərəm. Amma əvvəldən də onların yaxşı futbolçularının olduğunu bilirdim. Topla yaxşı oynayırlar. Konkret bir futbolçunun adını çəkə bilmərəm, ümumilikdə yaxşı komandadı.

– “Qarabağ” ilk dəfə tarixi uğur qazandığı zaman “Tvente”ni məğlub edərək əsas mərhələyə yüksəlmişdi. Həmin vaxtkı “Qarabağ”la indiki komanda arasında fərqlər varmı?
– Həmin hadisədən xəbərim var. Lakin həmin matçı izləməmişəm. Qarşılaşmanı izləmədiyim üçün fərqlər barədə fikir deyə bilmərəm. Amma “Qarabağ”ın kifayət qədər güclü komanda olduğunu deyə bilərəm.

– Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” və “Ayntraxt”ı məğlub etməsi, “Çelsi” ilə heç-heçə etməsi sizin futbolçularınıza əlavə motivasiya verirmi?
– Bu, bizim üçün böyük motivasiyadı. “Qarabağ” daha yüksək liqalarda oynamağa layiqdi. Onlar təkcə ötən mövsüm yox, digər illərdə də Çempionlar Liqasında uğurlu çıxış ediblər.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul