“Bilirik ki, meydanda heç nə asan olmayacaq” – “Hapoel”in qapıçısı

24.08.2026 19:14 7
Avrokuboklar / Aktual
“Sabah” sabah Çempionlar Liqasının pley-offunun cavab görüşündə “Hapoel”i qəbul edəcək.

İlk oyunda 2:1 hesabıyla qalib gələn İsrail təmsilçisinin qapıçısı Ofir Marsiano matçdan əvvəl jurnalistlərin suallarını cavablayıb.

- Özümüzü hazır hiss edirik. Bu oyunun əhəmiyyəti bizim üçün çox böyükdü. Yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, meydanda heç nə asan olmayacaq. Biz yalnız bu oyuna fokuslanmışıq.

- Komandanızın tarix yazmaq şansı barədə nə düşünürsüz?
- İlk növbədə oyuna yaxşı başlamaq əsas vəzifəmizdi. Qarşılaşmanın asan olmayacağını bilirik. Amma həmişə olduğu kimi, sonadək mübarizə aparacağımıza və oyunu yaxşı nəticə ilə başa vuracağımıza inanırıq.

- Çempionlar Liqasının liqa mərhələsində iştirak etmək istəyirsiz?
- Əlbəttə. Bu mərhələyə qədər gəldiyimiz üçün çox sevinirik. Hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik.

- Komandada ab-hava necədi?
- Düşünürəm ki, son ay həm mənim, həm də ailəm üçün çox önəmli olub. Hazırda, sadəcə, oyuna hazırlaşırıq və dua edirik ki, hər şey yaxşı olsun.

İSRAYIL XEYRULLAYEV